Bu gün futbol dünyasının diqqəti "El Klasiko"ya yönələcək.
İdman.biz xəbər verir ki, "Barselona" İspaniya çempionatının 35-ci turu çərçivəsində Madrid "Real"ını qəbul edəcək.
La Liqada finişə 4 tur qalmış "Barsa" ən yaxın izləyicisi olan Kral klubunu 4 xal qabaqlayır.
Kataloniya təmsilçisi qalib gəlsə, çempionluq yolunda böyük addım atmış olacaq.
"Real"ın qələbəsi isə fərqi 1 xala endirəcək və intriqanı daha da qızışdıracaq.
Rəqiblərin bütün yarışlarda son 3 qarşılaşmasında "Barsa" qalib gəlib, ondan əvvəlki 4 görüşdə "Real", daha əvvəlki 3 oyunda yenə "Barselona" sevinib.
Bəs bu dəfə necə olacaq?
Bu gün Bakı vaxtilə saat 18:15-də başlayacaq oyunda bu suala cavab tapılacaq.
İdman.biz