Trent Aleksander-Arnold “Real”a doğru

Xəbərlər
5 May 2025 14:16
116
Trent Aleksander-Arnold “Real”a doğru

“Liverpul”un futbolçusu Trent Aleksander-Arnold İngiltərə klubundan ayrılacaq.

İdman.biz xəbər verir ki, bunu 26 yaşlı müdafiəçinin özü açıqlayıb.

İngiltərə millisinin futbolçusu 20 il keçirdiyi Mersisayd təmsilçisini yayda tərk edəcəyini bildirib.

Müdafiəçi “Real”a keçəcək. O, yeni komandasına mövsümlərarası dövrdə qoşulacaq.

Qeyd edək ki, Trent “Liverpul”la 2 dəfə Premyer Liqa çempionluğunu, 1 dəfə Çempionlar Liqası, UEFA Superkuboku və İngiltərə Superkubokunu qazanıb.

İdman.biz