Azərbaycanlı futbolçu ardıcıl 4-cü məğlubiyyəti yaşayıb

Xəbərlər
3 May 2025 18:48
205
Azərbaycanlı futbolçu ardıcıl 4-cü məğlubiyyəti yaşayıb

Azərbaycan yığmasının futbolçusu Emil Mustafayev Ukrayna çempionatında növbəti dəfə uduzub.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Çernomorets" 27-ci turda öz meydanında "Şaxtyor"a məğlub olub.

Start heyətində yer alan Emil 77-ci dəqiqədə əvəzlənib. Qonaqlar hər 3 qolu fasilədən sonra vurublar. "Çernomorets" ardıcıl 4-cü dəfə meydanı məğlub tərk edib.

Qeyd edək ki, Odessa təmsilçisi 18 xalla sonuncu pillədə qərarlaşıb. Mustafayevin komandası növbəti turda "Vorskla"nın qonağı olacaq.

İdman.biz