"Traktor" çempion! - tarixdə ilk dəfə - VİDEO

Xəbərlər
2 May 2025 22:06
244
"Traktor" çempion! - tarixdə ilk dəfə - VİDEO

İranda Azərbaycan türklərini təmsil edən "Traktor" tarixi uğura imza atıb.

İdman.biz xəbər verir ki, Təbriz təmilçisi ilk dəfə İran çempionatının qalibi olub.

28-ci turda "Şəms Azər"in qonağı olan "Traktor" birinci hissədən sonra rəqibin qapısından 3 cavabsız top keçirib. Fasilədən sonra daha bir qol vuran təbrizlilər 4:0 hesabı ilə üstün olublar.

Bu nəticədən sonra xalını 64-ə yüksəldən "qırmızı qurdlar" ən yaxın izləyiciləri "Sepahan"ı 8 xal qabaqlayırlar. "Sepahan" turu məğlubiyyətlə başa vurub - 1:2.

İdman.biz