Misli Premyer Liqasının XXXIII turu çərçivəsində bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
İdman.biz xəbər verir ki, buna səbəb köməkçi hakim Namik Hüseynovun səhhətində problem yaranmasıdır.
Yüksək hərarəti olduğu üçün onu başqa ədalət təmsilçisi əvəzləyib. Qarşılaşmanın köməkçi hakimi Teymur Teymurov olacaq.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
İdman.biz