Region Liqasında 1/8 final CÜTLƏRİ - FOTO

Xəbərlər
22 Aprel 2025 16:37
310
Region Liqasında 1/8 final CÜTLƏRİ - FOTO

Region Liqasında pley-off mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub.

Mərasimdə tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Həmçinin iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

1/8 final
“Göyəzən” - “Biləsuvar”
“Record Club” – “Bərdə”
“Xudat City” - “Şirvan”
“Marafon” - “Dirçəliş”
“Çinar Zəngilan” - “Şirvan” OİK
“Xankəndi” - “Topçular”
“Ağstafa Gəncləri” - “Şirvanovka”
“Zəfər 44” - “Naftalan”

Qeyd edək ki, 1/8 final mərhələsi bir, 1/4 final və yarımfinal mərhələləri iki oyundan ibarət olacaq. 1/8 finalın matçları aprelin 26-27-də keçiriləcək.

İdman.biz