Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Ukraynalı cüdoçu futbolda debüt edib - Avropa çempionatını buraxacaq - İdman və Biz

Ukraynalı cüdoçu futbolda debüt edib - Avropa çempionatını buraxacaq

Xəbərlər
19 Aprel 2025 13:07
368
Ukraynalı cüdoçu futbolda debüt edib - Avropa çempionatını buraxacaq

Ukraynalı cüdoçu, gözəlliyi ilə həmişə diqqətləri cəlb edən Darya Bilodid peşəkar futbolda debüt edib.

İdman.biz xəbər verir ki, 24 yaşlı idmançı qadınlardan ibarət “Metalist 1925” futbol klubunun heyətində Ukrayna çempionatında “Ladomir”lə oyunun (6:0) 88-ci dəqiqəsində meydana çıxıb.

O, 2024-cü ilin oktyabrında Bilodid “Metalist 1925”in səfiri təyin olub. Bu ilin martında isə cüdo üzrə dünya və Avropa çempionu Xarkov klubu ilə futbolçu kimi müqavilə imzalayıb. Ona 77 nömrəli forma verilib.

Qeyd edək ki, Bilodid oyundan sonra cüdo karyerasını bitirmədiyini açıqlayıb. Amma Olimpiya Oyunlarının bürünc mükafatçısı gələn həftə keçiriləcək Avropa çempionatını buraxacaq.

İdman.biz

Məqalədə: