Arif Əsədov: "Haiti bütün detallarda bizdən üstün idi"

Xəbərlər
23 Mart 2025 14:41
135
Arif Əsədov: "Haiti bütün detallarda bizdən üstün idi"

"Haiti ilə oyun haqda nə deyək? Millimiz ən zəif oyunlarından birini oynadı".

İdman.biz xəbər verir ki, bunu Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Millimizin sabiq məşqçisi yığmamızın Haitiyə məğlub olması haqda fikirlərini bölüşüb: "Hiss olunur ki, komanda hələ hazır deyil. Taktiki baxımdan rəqibə məğlub olduq. Haiti bütün detallarda bizdən üstün idi. Düzdür, yoldaşlıq görüşüdür, baş məşqçi Fernandu Santuş izləyib, analiz edib, növbəti oyuna kimi düzgün nəticə çıxarmalıdır. Belarusla matçda qələbə qazanmaq lazımdır. Yoldaşlıq görüşlərində qalib gəlmək lazımdır ki, rəsmi oyunlarda ruh yüksəkliyi yaransın".

Qeyd edək ki, Azərbaycan millisi Haitiyə üç cavabsız qolla uduzub.

İdman.biz