Yığmamız Uelslə heç-heçə edib

Xəbərlər
22 Mart 2025 16:52
171
Yığmamız Uelslə heç-heçə edib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız AVRO-2025-in 2-ci seçmə mərhələsində Uelslə qarşılaşıb.

Görüş Albaniyanın Elbasan şəhərində baş tutub. İlk turda Albaniyaya 1:4 hesabı ilə uduzan yığmamız turnirdəki son matçında bir xal qazanıb. Rəqibin penaltini qaçırdığı görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Bununla da millimiz qrup birincisi kimi A liqasına yüksəlmək üçün nəzəri şansların da itirib.

AVRO-2025-in 2-ci seçmə mərhələsi

B Liqası, 6-cı qrup
II tur, 22 mart
15:00. Uels – Azərbaycan - 0:0

“Elbasan Arena”

Qeyd edək ki, üç komandanın yer aldığı qrupun martın 25-də keçiriləcək son oyununda Albaniya ilə Uels üz-üzə gələcək.

İdman.biz

Məqalədə: