"Mançester Yunayted" uğursuz çıxışına baxmayaraq, növbəti mövsümdən abonement qiymətlərində dəyişikliyin olacağını açıqlayıb.
İdman.biz xəbər verir ki, mövsüm biletlərinin qiyməti təxminən beş faiz - hər matç üçün orta hesabla 2,50 funt sterlinq artırılacaq.
"Mançester Yunayted" həmçinin 16 yaşadək uşaqlar üçün qiymətləri dondurub ki, bu da "klubun gələcək nəsil azarkeşlərin də "Old Trafford"a gələ bilməsi öhdəliyini əks etdirir".
Klubun bəyanatında deyilir ki, digər kateqoriyalar üzrə qiymətlərin artırılmasında məqsəd azarkeşlər üçün biletlərin əlçatanlığını klubun maliyyə dayanıqlığı ilə balanslaşdırmaqdır.
Qeyd edək ki, “Mançester Yunayted”in cari mövsüm Premyer Liqa 13-cü pillədə qərarlaşıb.
İdman.biz