"Çelsi" Rafael Leaonun transferi ilə bağlı "Milan"la danışıqlar aparır

Xəbərlər
9 May 2025 19:01
37
"Çelsi" Rafael Leaonun transferi ilə bağlı "Milan"la danışıqlar aparır

"Çelsi" portuqaliyalı futbolçu Rafael Leaonu heyətində görmək arzusundadır.

İdman.biz xəbər verir ki, London klubu bununla bağlı "Milan"la danışıqlara start verib.

Cinah hücumçusunun müqaviləsində 175 milyon avroluq sərbəst qalma maddəsi var. Amma "Milan" onu 75 milyona sata bilər. Klubla 2028-ci ilin yayına kimi müqaviləsi olan Rafaellə "Arsenal" da yaxından maraqlanır.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsümdə 48 oyunda 12 qol vurub, 13 ötürmə verib.

İdman.biz