Vidadi Cəfərov mükafatlandırılıb

Xəbərlər
7 Mart 2025 16:56
123
Vidadi Cəfərov mükafatlandırılıb

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Tədbir XV turun "Şəmkir" - "Göygöl" oyunundan əvvəl baş tutub. Meydan sahiblərinin futbolçusu Vidadi Cəfərov 2024-cü ilin dekabr ayının ən yaxşı qolunun müəllifi kimi mükafatlandırılıb.

Qalibə mükafatı PFK-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

İdman.biz