Futbolçuların əməkhaqqı fondunun ölçüsünə görə dünya futbolunda ən çox pul xərcləyən klublar bəlli olub.
İdman.biz xəbər verir ki, siyahını "GiveMeSport" portalı "Capology"nin məlumatlarından yararlanaraq tərtib edib.
İlk 15-liyə Premyer Liqadan altı klub daxildir ki, bu da İngiltərə çempionatının maliyyə gücünü vurğulayır. Siyahıda Səudiyyə Ərəbistanının dörd təmsilçisinin olması da diqqəti çəkir.
Heyətində Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr” illik 298 622 603 funt sterlinq həcmində əməkhaqqı fondu ilə dünya futbolunda liderdir. “Bavariya” siyahıda ikincidir - illik 229 840 384 funt sterlinq. Həftədə 498 248 funt sterlinq qazanan Kilian Mbappe kimi super ulduzların sayəsində “Real Madrid” isə üçüncüdür - 228 024 846.
İdman.biz