Millimizdən Minskdə ilk qələbə - FOTO - VİDEO

Xəbərlər
17 Fevral 2025 14:01
213
Millimizdən Minskdə ilk qələbə - FOTO - VİDEO

Belarusun paytaxtı Minskdə keçirilən 17 yaşadək futbolçular arasında İnkişaf kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün qrup mərhələsinin II turunun matçları keçirilir.

Azərbaycan millisi ikinci oyun günündə İranla qarşılaşıb. Matçın taleyini 1 qol həll edib. 47-ci dəqiqədə fərqlənən Amin Rzayev yığmamıza qələbə qazandırıb.

Bu, ilk turda Rusiyaya 0:3 hesabı ilə uduzan komandamızın ilk qələbəsi olub. U-17 turnir çərçivəsində fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığması ilə üz-üzə gələcək.

1

Rusiya

1

1

0

0

3-0

3

2

Qazaxıstan

1

1

0

0

2-0

3

3

Azərbaycan

2

1

0

1

1-3

3

4

İran

2

0

0

2

0-3

0

Qeyd edək ki, qrupun digər oyununda Rusiya və Qazaxıstan qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 16:40-da başlayacaq.

İdman.biz