Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
AFFA-dan “Turan Tovuz”la “Kəpəz”ə cəza - İdman və Biz

AFFA-dan “Turan Tovuz”la “Kəpəz”ə cəza

Xəbərlər
7 Dekabr 2024 16:18
231
AFFA-dan “Turan Tovuz”la “Kəpəz”ə cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/8 final mərhələsində yaşananlar müzakirə olunub.

Komitə klublara cəzalar verib. “Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub 500 manat cərimə edilib. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” daha 1500 manat cərimələnib.

“Kəpəz” – “İmişli” matçında 4 futbolçusu sarı vərəqə alan Gəncə klubu 700 manat ziyana düşüb.

İdman.biz