Millimizin baş məşqçisi: “Hücumda çoxala bilmirdik”

Xəbərlər
29 Noyabr 2024 11:09
82
Millimizin baş məşqçisi: “Hücumda çoxala bilmirdik”

"Çox yaxşı oyun alındı. Rusiya yığması həm fərdi, həm də komanda keyfiyyətinə görə güclüdür".

İdman.biz xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan milliisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, Soçi şəhərində Rusiya yığması ilə keçirilən yoldaşlıq oyunundan (0:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib: "Rəqibi təhlil edib, matça ciddi hazırlaşmışdıq. Düzdür, bir neçə zədəli futbolçumuz var. Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi. Rusiya yığması hansısa düşünülmüş hücumla yox, bizim səhvimizdən qol vurdu. Komandamıza təşəkkür düşür. Uduzsaq da, qızlar çox yaxşı çıxış etdilər. Bəzi anlarda üstünlük bizim tərəfimizdə olurdu. Yaxşı mübarizə apardıq, aqressivlik var idi, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Təəssüf ki, hücumda çoxala bilmirdik. İkinci matça daha yaxşı hazırlaşacağıq. Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”.

Qeyd edək ki, Azərbaycan və Rusiya milliləri arasında ikinci yoldaşlıq görüşü dekabrın 2-də “Soçi” klubunun məşq bazasında keçiriləcək.

İdman.biz