“Sabah bizi çox çətin oyun gözləyir”.
İdman.biz xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Cesse Sekidika Konfrans Liqasının ll təsnifat mərhələsində “Makkabi” ilə cavab oyundan öncə keçirilən mətbuat konfransında deyib.
28 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, rəqib sabah qələbə üçün döyüşəcək: “Makkabi” çox güclü rəqibdir. Yaxşı formadadırlar. Sabah mübarizə aparmalı və qələbə qazanmalıyıq. Komandamızın uğur qazanması mənim üçün əsas məsələdir”.
Qeyd edək ki, “Sabah” - “Makkabi” qarşılaşması iyulun 31-də saat 20:00-da Bank Respublika Arenada baş tutacaq.
Banuçiçək Hüseynli
İdman.biz
