A seriyasının ən yüksək ödənişli futbolçusu müəyyənləşib

Xəbərlər
20 İyul 2024 09:06
241
A seriyasının ən yüksək ödənişli futbolçusu müəyyənləşib

A seriyasının ən yüksək ödənişli futbolçuları bəlli olub.

İdman.biz xəbər verir ki, 2024/25 mövsümündə ən yüksək maaşı Duşan Vlahoviç alacaq.

“Yuventus”un serbiyalı hücumçusu 22,22 milyon avro qazanacaq. Viktor Osimhenin (“Napoli”) maaşı 12,8 milyondur. O, əlavə 2,56 milyon bonus da ala bilər.

Üçüncü yeri Nikolo Barella (“İnter”) və Voytseh Şesnı (“Yuventus”) bölüşür. Onların maaşı 12,04 milyondur. Barella bonus kimi 0,93 milyon da əldə edə bilər.

İdman.biz