Argentina İspaniyanın rekordunu təkrarlayıb

Xəbərlər
15 İyul 2024 09:14
314
Argentina İspaniyanın rekordunu təkrarlayıb

Argentina millisi ardıcıl üçüncü turnirdə çempion olub.

İdman.biz xəbər verir ki, Lionel Messi və komanda yoldaşları 2021-ci ildə Amerika kuboku, 2022-ci ildə dünya çempionatının qalibi olduqdan sonra növbəti titulunu ABŞ-da qazanıb.

Yenidən Amerika kubokuna sahib çıxan Argentina ardıcıl üç böyük turnirdə qızıl medal qazanan ikinci komanda olub. “Albiseleste” İspaniyanın rekordunu təkrarlayıb.

Pireneylilər 2008-2012-ci illərdə üç titul qazanıb. İspaniya AVRO-2008, DÇ-2010 və AVRO-2012-də hamını qabaqlayıb.

Qeyd edək ki, Argentina həm də Amerika kubokunun ən titullu komandasına çevrilib. 16-cı uğuruna sevinən yığma Uruqvayı (15 çempionluq) arxada qoyub.

İdman.biz

Məqalədə: