"Sumqayıt"dan tək qollu qələbə

Xəbərlər
12 İyul 2024 23:56
312
"Sumqayıt"dan tək qollu qələbə

"Sumqayıt" növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, Samir Abasovun komandası "Gənclərbirliyi" ilə qarşılaşıb.

Oyun "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 35-ci dəqiqədə Cordan Rezabala vurub.

Qeyd edək ki, "Gənclik şəhəri" təmsilçiləri ilk yoxlama oyununda "Orenburq"a 1:2 hesabı ilə uduzublar.

İdman.biz