32 yaşlı qadın kişilərə başçılıq edəcək - Almaniyada

Xəbərlər
2 May 2024 22:37
32 yaşlı qadın kişilərə başçılıq edəcək - Almaniyada

Almaniya qadın məşqçi Sabrina Vittman kişi komandasına rəhbərlik edəcək.

İdman.biz xəbər verir ki, 32 yaşlı mütəxəssis “İnqolştadt”ın baş məşqçisi təyin olunub.

Bu barədə klub rəsmi açıqlama yayıb. Vittman 54 yaşlı həmkarı Mihael Kyöllneri əvəzləyib. Bunadək Sabrina klubun U-17, U-19 komandalarında fəaliyyət göstərib. O, uşaq futbolunun inkişafına cavabdeh olub.

Qeyd edək ki, “İnqolştadt” Almaniya 3-cü liqasında 49 xalla 11-ci pillədə qərarlaşıb.

İdman.biz