“Yurqorden” rəsmisi Musa Qurbanlının məsələsinə aydınlıq gətirib: Gedir?

Xəbərlər
22 Aprel 2024 10:42
757
“Yurqorden” rəsmisi Musa Qurbanlının məsələsinə aydınlıq gətirib: Gedir?

“Hazırda transfer pəncərəsi bağlıdır. Musa Qurbanlının başqa kluba keçidi ilə bağlı heç bir müzakirələr aparmırıq”.

İdman.biz xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun idman direktoru Bosse Andersson deyib.

O, Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının komandadan gedişi ilə bağlı xəbərlərə aydınlıq gətirib. Klub rəsmisi bildirib ki, 2026-cı ilədək müqaviləsi olan hücumçunun “Yurqorden”i tərk etməsi gündəmdə deyil: “Amma Azərbaycan mətbuatı onu yaxından izləyir. Musa getmək istəyi barədə bizə heç nə deməyib. Onunla yaxşı münasibətlərimiz var. Əlbəttə, Musa da istənilən futbolçu kimi meydana çıxmadığı üçün məyusdur”.

Qeyd edək ki, Musa “Yurqorden”də keçirdiyi 15 matçda 2 qol və 1 assistə imza atıb.

İdman.biz

Məqalədə: