“Kicker” “Qarabağ”ın çempionluğundan yazıb

Xəbərlər
18 Aprel 2024 19:04
761
“Kicker” “Qarabağ”ın çempionluğundan yazıb

Almaniyanın “Kicker” nəşri Avropanın milli çempionatlarının qalibləri haqqında yazıda “Qarabağ”dan bəhs edib.

İdman.biz xəbər verir ki, yazıda Ağdam klubunun erkən çempionluğu vurğulanıb.

Leverkuzen “Bayer”inin tarixində ilk çempionluğunu qeyd edən nəşr “Qarabağ”ın mövsümün sonuna bir neçə tur qalmış rekord çempion olduğunu yazıb: “Azərbaycan və Uels çempionları rekorda imza atıblar. Ağdam klubu 11-ci dəfə ölkə çempionu olub. Qafqaz ölkəsində mövsümün başa çatmasına 6 tur qalmasına baxmayaraq, “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”ni 25 xal qabaqlayır. “Nyu Seynts” isə Uels çempionatında ötən il qazandığı titulu qoryub. Bu komanda “Bayer” kimi mövsümü məğlubiyyətsiz davam etdirir. “Nyu Seynts” 22 oyunun 20-də qələbə qazanıb”.

Qeyd edək ki, “Qarabağ” 2023/2024 mövsümünün bitməsinə 8 tur qalmış Azərbaycan çempionu olub. Almaniya Bundesliqasında isə “Bayer” 29 turdan sonra 79 xal toplayaraq, çempionluğunu rəsmiləşdirib.

İdman.biz