Raul Qarsiyadan vida mesajı

Xəbərlər
15 Aprel 2024 18:10
102
Raul Qarsiyadan vida mesajı

“Atletik”in futbolçusu Raul Qarsia gələcək karyerası ilə bağlı qərarını verib.

İdman.biz xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi mövsümün sonunda karyerasını bitirəcək.

O, bu qərarı barədə komanda yoldaşlarına mesaj verib. 38 yaşlı futbolçu La Liqa tarixində ən çox oyun keçirənlər siyahısında 3-cüdür.

Raul 602 matçda forma geyinib. O, yalnız Andoni Subisaretta və Xoakindən geri qalır. Rekordçuların hesabında 622 oyun var.

Qeyd edək ki, Qarsiya 2015-ci ildən “Atletik”də çıxış edir.

İdman.biz