Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi 1305,48 xalla dünyanın 76-cı komandasıdır.
Yığmamız ötən siyahıdakı mövqeyini qoruyub. Komandamız 2023-cü ilin dekabrında da 76-cı sırada olub.
Qeyd edək ki, siyahıya 2085.96 xala malik İspaniya başçılıq edir.
İdman.biz