Avropa Liqasında hamı üçün nümunə - “Qarabağ”

Xəbərlər
15 Mart 2024 09:53
Avropa Liqasında hamı üçün nümunə - “Qarabağ”

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra müxtəlif göstəricilər üzrə turnirin ən yaxşıları açıqlanıb.

İdman.biz xəbər verir ki, “Qarabağ” və futbolçuları dörd göstəricidə hamını qabaqlayaraq onlara nümunədir.

Təmsilçilərimiz daha iki statistikada ön sıralardadır. Bunlardan üçü komandaya, üçü isə futbolçulara məxsusdur.

“Qarabağ” topa nəzarəti geri qaytarmaqda hamıdan öndədir. Ağdam klubu 431 dəfə topu rəqibdən alıb.

Qapıçılarının ümumi “seyv” sayında da “Qarabağ” liderdir – 44 dəfə.

Futbolçularımız 110 dəfə topu rəqibdən alıb. “Qarabağ” topalmada Avropa Liqasında 6-cıdır.

“Qarabağ”ın bütün “seyv”ləri Andrey Lunyovun hesabındadır. O, qapıçılar arasında liderdir.

Təmsilçimizin yarımmüdafiəçisi Julio Romao topalmada hamını qabaqlayır – 28 dəfə.

Bundan başqa, qapıya zərbə sayında Olavio Juninyo Avropa Liqasında 3-cüdür. 11 zərbəsi olan braziliyalı yalnız Pyer-Emerik Obameyanq (14) və Romelu Lukakudan (12) geri qalır.

İdman.biz