Ceyhun Sultanov: “Bayer”lə oyunun nə qədər ağır olacağını təsəvvürümə belə gətirə bilmirəm”

Xəbərlər
14 Mart 2024 17:12
Ceyhun Sultanov: “Bayer”lə oyunun nə qədər ağır olacağını təsəvvürümə belə gətirə bilmirəm”

“Almaniyada keçiriləcək oyunun nə qədər ağır olacağını təsəvvürümə belə gətirə bilmirəm”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiləcək “Bayer” - “Qarabağ” matçı ilə bağlı fikirlərini açıqlayıb. Sultanovun sözlərinə görə, almanlar hər zaman qarşı tərəfi təzyiq altında saxlayır: “Amma Qurban Qurbanovun komandası daim təzyiqlərdən çıxmağı bacarır. Evdəki matç onları daha motivasiyalı oynamağa məcbur edəcək. Açıq demək lazımdır ki, mərhələ keçmək şansımız 30 faizdir. Çünki “Bayer” evdə daha təhlükəli oynayır. Ağır oyun olacaq. Müdafiədə az səhv etmək lazımdır. Komanda şəklində ələ düşən imkandan istifadə etmək lazımdır”.

Qeyd edək ki, “Bayer”- “Qarabağ” arasında cavab matçı Bakı vaxtı ilə 00:00-da “BayArena” da start götürəcək. Bakıdakı matç isə 2:2 hesabı ilə bitib.

Banuçiçək Hüseynli
İdman.biz