“Qarabağ" Leverkuzenə yollanıb - FOTO - VİDEO

Xəbərlər
12 Mart 2024 18:15
“Qarabağ" Leverkuzenə yollanıb - FOTO - VİDEO

“Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Bayer”i ilə cavab matçı üçün Köln şəhərinə yollanıb.

İdman.biz xəbər verir ki, komanda Heydər Əliyev adına Hava Limanında çarter reysi ilə havaya qalxıb.

Azərbaycan çempionu təxminən 6 saatdan sonra Almaniyaya çatacaq. Ağdamlılar Leverkuzenə isə Kölndən yollanacaqlar.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" matçı martın 14-də, Bakı vaxtı ilə saat 00:00 "BayArena” da start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz