Rauf Əliyev: “Zubirin səhv ötürməsi olmasaydı...”

Xəbərlər
9 Mart 2024 13:39
Rauf Əliyev: “Zubirin səhv ötürməsi olmasaydı...”

“Çox maraqlı və gərgin oyun keçdi”.

Bunu İdman.bizə Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev deyib.

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın "Bayer"lə Bakıdakı oyununu dəyərləndirib. Veteran futbolçunun sözlərinə görə, hesabda öndə olduğumuz görüşün sonra 2:2 hesabı ilə başa çatması azərkeşləri məyus edib: “Ancaq nəzərə almaq lazımdır ki, rəqib “Bayer” idi. İkinci hissədə də onlar nə qədər güclü komanda olduqlarını sübut etdi. “Qarabağ” qələbəyə çox yaxın idi. Bəlkə də, Zubirin səhv ötürməsi olmasaydı, hər şey tam fərqli ola bilərdi. Futbol səhvlər üzərində qurulan bir oyundur. Məncə, “Qarabağ” qalibiyyətə yaxın idi. Sadəcə bunu əldən verdi. Çox istərdik ki, səfərdə də belə bir oyun izləyək. Çox çətin olacaq. Öz meydanında “Bayer” bundan da yaxşı oyun göstərəcək. Amma hər şey ola bilər”.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" oyunu martın 14-də "Bay Arena"da baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz