Bundesliqa klubunda yeni müqavilə

8 Mart 2024 14:39
262
Bundesliqa klubunda yeni müqavilə

Almaniyanın "Ştutqart" klubu baş məşqçisi ilə müqaviləni uzadıb.

İdman.biz xəbər verir ki, bunu Bundesliqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Klub rəhbərliyi Sebastyan Honesslə anlaşmanı uzadıb. O, 2027-ci ilin yayınadək postunda qalacaq. Mütəxəssisin əvvəlki anlaşması 2025-ci ilin iyununa qədər idi.

Qeyd edək ki, "Ştutqart" Bundesliqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: