Fariz Nəcəfov: “Ona hər cür dəstək olacağam”

26 Fevral 2024 16:12
967
Fariz Nəcəfov: “Ona hər cür dəstək olacağam”

“Kaxaber Tsxadadze kifayət qədər təcrübəli bir məşqçidir”.

Bunu İdman.bizə “Qəbələ” prezidenti Fariz Nəcəfov deyib.

O, komandada baş məşqçi dəyişikliyinə münasibət bildirib. Nəcəfovun sözlərinə görə, yeni baş məşqçi Kaxaber Tsxadadze öz oyun sisteminə daim sadiq, Azərbaycan çempionatını yaxından bilən mütəxəssisdir: “Təklifimizi qəbul etməyinə səbəb aramızda olan qarşılıqlı hörmət və "Qəbələ" klubuna olan diqqətlə bağlıdır. Hər halda, nəticə qazanacağına inanıram və bunun üçün ona hər cür dəstək olacağam”.

Qeyd edək ki, Tsxadadze baş məşqçi postunda Elmar Baxşıyevi əvəzləyib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: