“Braqa”nın müdafiəçisi: “Yaxşı nəticə 5:0 və ya 6:0 olar”

Xəbərlər
15 Fevral 2024 11:09
2 001
“Braqa”nın müdafiəçisi: “Yaxşı nəticə 5:0 və ya 6:0 olar”

“Biz futbolçular növbəti oyunu səbirsizliklə gözləyirik ki, əvvəlki uğursuzluğu unutduraq”.

İdman.biz xəbər verir ki, bunu “Braqa”nın futbolçusu Paulo Oliveyra deyib.

Avropa Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək ilk oyunu barədə fikirlərini açıqlayan 32 yaşlı mərkəz müdafiəçisi “Qarabağ”la matça iddialı çıxacaqlarını bildirib: “Hədəfimizə nail ola biləcəyimizi düşünürəm. “Qarabağ” portuqaliyalılara o qədər də tanış komanda deyil. Öz ölkəsində rəqibi olmayan klubdur. Heyətində Portuqaliyada oynamış və “Braqa”nı yaxşı tanıyan futbolçular var. Biz bütün komanda əl-ələ verib yaxşı nəticə qazanmalıyıq. Yaxşı nəticə 5:0 və ya 6:0 olar. Belə nəticə istənilən rəqiblə, istər “Qarabağ”, istər “Real”la görüşdə yaxşı sayılır. Başa düşməliyik ki, bu, ilk matçdır və qarşıda cavab oyunu da olacaq. Öz meydanımızda azarkeşlərimiz önündə qalib gəlməliyik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Braqa” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İdman.biz

Məqalədə: