Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandes Lionel Messinin Argentina millisində vida matçından sonra çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.
İdman.Biz xəbər verir ki, Argentina yığmasının Beninə 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşma Buenos-Ayresdəki “Monumental Antonio Vespucçi Liberti” stadionunda keçirilib.
Birbaşa yayım zamanı kameralar Enso Fernandesin üzünü göstərib. 25 yaşlı futbolçu emosiyalarına hakim ola bilməyib.
Messi bu matçda 71-ci dəqiqədə penaltidən qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Argentina millisindən ayrılmaq qərarını Messi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatından sonra qəbul edib. O, bu barədə sosial şəbəkələrdə yayımladığı məktubunda özü məlumat verib.
Ümumilikdə Messi Argentina millisinin heyətində keçirdiyi 208 oyunda 126 qol və 70 məhsuldar ötürmə ilə yadda qalıb.
