“Kəpəz” - “Şamaxı” matçı azarkeş rekordu ilə yadda qaldı

7 Sentyabr 2026 09:28
89
“Kəpəz” - “Şamaxı” matçı azarkeş rekordu ilə yadda qaldı

Futbol üzrə Misli Premyer Liqasının dördüncü turu bu mövsüm azarkeş fəallığı baxımından rekordla yadda qalıb.

İdman.Biz xəbər verir ki, turun altı qarşılaşmasını ümumilikdə 24 512 tamaşaçı stadiondan izləyib.

Ən çox azarkeş “Kəpəz” - “Şamaxı” matçında qeydə alınıb. Gəncədə keçirilən görüşü 15 000 tamaşaçı izləyib. Bununla da mövsümün əvvəlki 13 500 nəfərlik tamaşaçı rekordu yenilənib.

“Turan Tovuz” - “Sumqayıt” qarşılaşmasında 4200, “Sabah” - “Zirə” matçında 1752, “Neftçi” - “Şəfa” oyununda 1460, “Qarabağ” - “Araz-Naxçıvan” görüşündə 1100, “Qəbələ” - “İmişli” qarşılaşmasında isə 1000 azarkeş tribunada yer alıb.

Beləliklə, dördüncü tur cari mövsüm üçün azarkeş sayına görə rekord göstərici ilə yadda qalıb.

24 512 tamaşaçının tribunaları doldurması həm də son illərin ən yüksək göstəricilərindən biridir. Müqayisə üçün qeyd edək ki, sonuncu dəfə 2024-cü ildə 10 komandanın mübarizə apardığı çempionatda son turun bütün oyunlarında ümumilikdə 24 300 tamaşaçı qeydə alınmışdı. Bu dəfə isə Premyer Liqanın cəmi bir turunda həmin göstərici geridə qoyulub.

Qeyd edək ki, Misli Premyer Liqasında beşinci tura sentyabrın 11-də start veriləcək.

İdman.Biz