Ukraynalı qapıçının Portuqaliya klubundakı taleyi məlum olub

5 Sentyabr 2026 12:50
88
Ukraynalı qapıçının Portuqaliya klubundakı taleyi məlum olub

Ukraynalı qapıçı Anatoli Trubin yaxın vaxtlarda Lissabonun “Benfika” klubundan ayrılmayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin baş məşqçisi Marko Silva açıqlama verib.

“Qartallar”ın rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Trubinin komandada qalacağını bildirib:

Qeyd edək ki, Portuqaliyada yay transfer pəncərəsi sentyabrın 15-dək açıq olacaq.

Daha əvvəl mətbuatda Trubinə London “Tottenhem”i və Turin “Yuventus”unun maraq göstərdiyi barədə məlumatlar yayılmışdı.

25 yaşlı qapıçı 2023-cü ilin avqustundan Portuqaliya klubunda çıxış edir. Tərəflər arasında qüvvədə olan müqavilənin müddəti 2028-ci ilin iyununun sonunda başa çatır. Futbolçunun bazar dəyəri 25 milyon avro qiymətləndirilir.

İdman.Biz
Məqalədə: