Məhəmməd Salahın oğlu dünyaya gəlib - FOTO

3 Sentyabr 2026 10:38
113
Məhəmməd Salahın oğlu dünyaya gəlib - FOTO

Futbol üzrə Misir millisinin kapitanı Məhəmməd Salahın ailəsində sevinc yaşanıb.

İdman.Biz xəbər verir ki, bu barədə ilk məlumatı “Trabzonspor”un prezidenti Ərtuğrul Doğan ictimailəşdirib.

O bildirib ki, 34 yaşlı futbolçunun oğlu dünyaya gəlib.

Doğanın sözlərinə görə, o, “Amed”lə oyundan sonra Məhəmməd Salah və Andre Onana ilə birlikdə vaxt keçirib. “Onana əkiz övlad sahibi olmuşdu, Salahın isə oğlu dünyaya gəlib. Onların ailələrini və həyat yoldaşlarını təbrik edirəm”, - deyə “Trabzonspor”un prezidenti bildirib.

Daha sonra Salahın bacısı Rəhab Salah da qardaşının oğul övladının dünyaya gəldiyini təsdiqləyib. O, sosial şəbəkə hesabında yeni doğulan körpənin adının “Leyl” olduğunu açıqlayıb.

Rəhab Salah qardaşını təbrik edərək, “Xalanın ürəyinin sevimlisi, dünyanı işıqlandıran Leyl Məhəmməd Salah” sözlərini yazıb.

Qeyd edək ki, Mohamed Salahın daha əvvəl Məkkə və Kayan adlı iki qızı var. Yeni doğulan oğlu ilə futbolçunun ailəsində övladlarının sayı üçə çatıb.

İdman.Biz
Məqalədə: