“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior klubun emblemi formasında hazırlanan yeni zinət əşyası ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, Vinisius komandanın məşqində üzərində iri kulonla görüntülənib.
Madrid klubunun loqosu formasında olan kulon tamamilə daşlarla bəzədilib.
Araşdırma nəticəsində məlum olub ki, zinət əşyasını braziliyalı futbolçu ilə daha əvvəl də əməkdaşlıq edən məşhur zərgər Leo Kuşro hazırlayıb.

Vinisiusun bu seçimi xüsusilə diqqət çəkib. Çünki futbolçu yayda “Real Madrid”dən ayrılmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirirdi. Onun “Arsenal”a keçə biləcəyi də bildirilirdi.
Braziliyalı ulduzun “Real”ın emblemini boynunda daşıması Madrid klubuna münasibətinin dəyişdiyinə dair növbəti işarə kimi qiymətləndirilir.
