“Mançester Siti” 2026/27 mövsümü üçün üçüncü forma dəstini təqdim edib. Yeni formanın dizaynı azarkeşlər tərəfindən süni intellektin köməyi ilə hazırlanıb.
İdman.Biz xəbər verir ki, klubun 2024-cü ilin dekabrında istifadəyə verdiyi “AI Creator” platforması azarkeşlərə dizayn sahəsində təcrübəyə ehtiyac olmadan müxtəlif sorğular və istifadəsi asan redaktə alətləri vasitəsilə yaradıcılıq prosesinə töhfə vermək imkanı yaradıb.
200-dən çox ölkədən olan azarkeşlər üçüncü forma dəstinin necə görünməli olduğuna dair öz ideyalarını təqdim ediblər. Nəticədə 180 mindən çox unikal forma dizaynı hazırlanıb.
Daha sonra ən populyar 10 konsept seçilib. 2025-ci ilin yanvarında azarkeşlər arasında səsvermə keçirilib və onun nəticəsinə əsasən yeni forma dəsti təsdiqlənib.
