İngiltərənin “Çelsi” klubu İtaliyanın “Atalanta” komandasının 18 yaşlı müdafiəçisi Honest Anahorla şəxsi müqavilə şərtlərini razılaşdırıb.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində məlumat yayıb.
“2008-ci il təvəllüdlü Anahor “Çelsi” ilə müqavilə imzalamağa bir addımlığındadır. Şəxsi müqavilənin şərtləri 2033-cü ilə qədər razılaşdırılıb. “Çelsi” hazırda onun “Atalanta”dan 45 milyon avroya transferi ilə bağlı fəal danışıqlar aparır. Eyni zamanda, “Atalanta” futbolçunun gələcək satışından müəyyən faiz əldə edə bilər”, - deyə N. Skira yazıb.
Qeyd edək ki, Anahor 2025/2026 mövsümündə İtaliya A Seriyasında 22 oyunda meydana çıxıb. Onun hesabında həmçinin Çempionlar Liqasında 9 matç var. Futbolçu bu qarşılaşmalarda heç bir məhsuldar fəaliyyətlə yadda qalmayıb.
