Türkiyə Super Liqasında yeni mövsümə çempionluq hədəfi ilə hazırlaşan “Qalatasaray” transfer çalışmalarını davam etdirir.
İstanbul təmsilçisi xüsusilə cinah mövqeyini gücləndirmək istəyir.
Baş məşqçi Okan Burukun təqdim etdiyi siyahı üzrə hərəkətə keçən “Qalatasaray”ın “Arsenal”ın hücumçusu Qabriel Martinelli ilə bağlı cəhdi nəticəsiz qalıb.
İdman.Biz xəbər verir ki, “The Athletic”in məlumatına görə, İstanbul klubu braziliyalı futbolçu üçün təklif göndərib. Lakin Martinelli bu təklifi rədd edib.
Bildirilib ki, 25 yaşlı futbolçu karyerasını İngiltərə klubunda davam etdirmək istəyir.
Qeyd edək ki, “Qalatasaray” qarşıdakı mövsümdə Türkiyə Super Liqasında ardıcıl 5-ci çempionluğunu qazanmağı hədəfləyir.
