İnfantinonun DÇ-nin 64 komandaya qədər genişləndirilməsində şəxsi marağı var - İDDİA

13 Avqust 2026 16:33
122
İnfantinonun DÇ-nin 64 komandaya qədər genişləndirilməsində şəxsi marağı var - İDDİA

FIFA prezidenti Canni İnfantino Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) 2030-cu il dünya çempionatının iştirakçı sayının 64 komandaya qədər artırılması ilə bağlı ideyasını dəstəkləyir.

“The Times” nəşrinin məlumatına görə, İnfantino turnirin genişmiqyaslı şəkildə genişləndirilməsini dəstəkləməklə daha çox ölkəyə dünya çempionatında iştirak imkanı verməyi və bununla da strateji olaraq daha geniş koalisiyanın dəstəyini qazanaraq 2027-ci ilin martında keçiriləcək seçkilərdə FIFA prezidenti vəzifəsində qalması üçün lazım olan səsləri toplamağı ümid edir.

Turnirin genişləndirilməsi təklifini KONMEBOL-un prezidenti Alexandro Dominqes irəli sürüb.

O, bunu dünya çempionatının 100 illiyini qeyd etmək üçün “möhtəşəm fürsət” adlandırıb.

Təklif təsdiqlənəcəyi təqdirdə, turnir 12 əvəzinə 16 qrup formatında keçiriləcək. Hər qrupda dörd milli komanda yer alacaq. Qruplarda ilk iki pilləni tutan komandalar pley-off mərhələsinə yüksələcək.

İdman.Biz