İngiltərənin “Mançester Siti” futbol komandası yarımmüdafiə xəttində böyük dəyişiklik etməyə hazırlaşır.
İdman.Biz “Guardian”a istinadən xəbər verir ki, “şəhərlilər” Fransanın “Lill” futbol komandasının 18 yaşlı yarımmüdafiəçisi Ayyub Buaddinin transferində ciddi irəliləyiş əldə edib. Mərakeş millisinin üzvü “Mançester Siti” ilə şəxsi müqavilə şərtlərini artıq razılaşdırıb.
“Lill” gənc futbolçunu 100 milyon avro (194 milyon AZN) dəyərində qiymətləndirir. Klublar hazırda məhz transfer məbləği və yekun şərtlər üzərində işləyirlər.
Buaddinin keçidi “Mançester Siti”də Rodrinin gələcəyi ilə birbaşa əlaqələndirilir. “Barselona”nın ispaniyalı yarımmüdafiəçi üçün ilk 45 milyon avroluq təklifi qəbul edilməsə də, Kataloniya klubunun daha yüksək məbləğlə yenidən müraciət edəcəyi gözlənilir. “Siti”nin isə Rodrinin satış ehtimalı ilə barışdığı bildirilir.
Yeni baş məşqçi Enzo Mareska Buaddini əsas komandanın birbaşa üzvü kimi görür və onun uyğunlaşma dövrü keçmədən birinci heyətə cəlb olunmasını istəyir.
