İngiltərənin "Nyukasl" klubu yay transfer pəncərəsində start heyətinin üç vacib oyunçusunu itirə bilər.
İdman.Biz xəbər verir ki, "The Chronicle" nəşrinin məlumatına əsasən, klub rəhbərliyi müdafiəçilər Lesis Hall və Tino Livramento, həmçinin yarımmüdafiəçi Sandro Tonali ilə yolları ayırmağa hazırdır.
Bildirilir ki, "sağsağanlar" maliyyə vəziyyətini balanslaşdırmaq və Premyer Liqada tətbiq olunan yeni SCR qaydalarına((Squad Cost Ratio) Premyer Liqanın 2026/27 mövsümündən tətbiq etdiyi yeni maliyyə qaydasıdır -red) uyğunlaşmaq üçün bu addımı atmağa məcburdur. Maraqldır ki, adı çəkilən futbolçuların heç biri klubdan ayrılmaq istədiyini açıq şəkildə bəyan etməyib.
Qeyd edək ki, "Nyukasl" ötən mövsüm İngiltərə çempionatını 38 oyundan topladığı 49 xalla 12-ci pillədə başa vurub. Komanda yeni mövsümdə avrokuboklarda iştirak etməyəcək.
