İngiltərənin “Mançester Yunayted” futbol komandasının yarımmüdafiəçisi Bruno Fernandes Premyer Liqa tarixinə düşüb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu 2025/2026 mövsümündə məhsuldar ötürmələrinin sayını 21-ə çatdıraraq yeni rekord müəyyənləşdirib. Fernandes son turda “Brayton”la oyunda Patrik Dorqunun qoluna assist edib.
Bununla da o, Tyerri Anri və Kevin de Bröynenin rekordunu geridə qoyub. Hər iki futbolçu daha əvvəl bir Premyer Liqa mövsümündə 20 məhsuldar ötürmə ilə rekordun şəriki idi.
Qeyd edək ki, Fernandes bir gün əvvəl Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçilib. 31 yaşlı yarımmüdafiəçi bu mövsüm “Mançester Yunayted”in Çempionlar Liqasına vəsiqə qazanmasında əsas rol oynayan oyunçulardan biri olub.
