Lamin Yamaldan ispan azarkeşlərə sərt etiraz

1 Aprel 2026 17:05
124
Lamin Yamaldan ispan azarkeşlərə sərt etiraz

İspaniya futbol millisinin və “Barselona”nın gənc ulduzu Lamin Yamal son matçda azarkeşlərin səsləndirdiyi dini motivli şüarlara münasibət bildirib.

İdman.Biz xəbər verir ki, futbolçu stadionda baş verənləri dözülməz və hörmətsizlik kimi qiymətləndirib.

Yamal sosial şəbəkə hesabında paylaşım edərək öz kimliyi ilə qürur duyduğunu vurğulayıb:

“Mən müsəlmanam, əlhəmdulillah. Dünən stadionda bəzi azarkeşlərin rəqib komandaya ünvanladığı dini şüarlar mənə qarşı olmasa da, bu, bir müsəlman kimi hörmətsizlikdir və qəbulolunmazdır”.

Gənc istedad futbolun nifrət yeri olmadığını qeyd edib:

“Dindən stadionda zarafat obyekti kimi istifadə etmək sizi cahil və irqçi göstərir. Futbol kiməsə və ya hansısa inanca hörmətsizlik etmək üçün deyil, zövq almaq və dəstək olmaq üçündür”.

İdman.Biz