Braziliya futbol millisinin baş məşqçisi Karlo Ançelotti Xorvatiya ilə keçirilən yoldaşlıq görüşündə gərgin anlar yaşayıb. Təcrübəli mütəxəssis oyunun gedişatında ona yaxınlaşan operatora sərt reaksiya göstərib.
İdman.Biz xəbər verir ki, matçın ən kritik dəqiqələrində kameranı onun üzünə çox yaxınlaşdıran çəkiliş qrupunun üzvü Ançelottini özündən çıxarıb. İtaliyalı məşqçi əsəbi halda operatora “Rədd ol!” deyərək onu özündən uzaqlaşdırıb və texniki zonadan qovub.
Qarşılaşmanın özü də gərginliyi ilə yadda qalıb. 88-ci dəqiqəyə qədər hesab bərabər olsa da, Braziliya yığması sona yaxın təyin olunan penalti zərbəsi və daha bir qolla 3:1 hesablı qələbə qazanıb.
