"Nyukasl" "Qarabağ"la oyun ərəfəsində əsas futbolçusu ilə vidalaşa bilər

2 Fevral 2026 16:10
123
"Nyukasl" "Qarabağ"la oyun ərəfəsində əsas futbolçusu ilə vidalaşa bilər

Londonun "Arsenal" klubu Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olacaq "Nyukasl"ın əsas oyunçularından biri - yarımmüdafiəçi Sandro Tonaliyə maraq göstərir.

İdman.Biz insayder Florian Plettenberqə istinadən xəbər verir ki, London təmsilçisi qış transfer pəncərəsinin son günündə 25 yaşlı italiyalının transferi ilə bağlı razılıq əldə etməyə cəhd göstərəcək.

Qeyd olunur ki, "Nyukasl" rəhbərliyi komandanın əsas futbolçularından birinin satışında maraqlı deyil. Buna baxmayaraq, "Arsenal"ın Tonaliyə olan marağı hələ də davam edir.

Tonaliyə transfer dəyəri təxminən 75 milyon avro (151,2 milyon manat) həcmində qiymətləndirilir.

Cari mövsümdə Sandro Tonali İngiltərə çempionatında "Nyukasl"ın heyətində 24 oyuna çıxıb, bir məhsuldar ötürmə ilə yadda qalıb və üç sarı vərəqə alıb. İtaliyalı yarımmüdafiəçi 2023-cü ildən etibarən İngiltərə klubunun formasını geyinir.

İdman.Biz