Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib - VİDEO

2 Fevral 2026 13:40
116
Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib - VİDEO

Azərbaycanın qadınlardan ibarət milli komandası və “Hamburq”un futbolçusu Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib.

İdman.Biz xəbər verir ki, 23 yaşlı müdafiəçi “Frayburq”la qarşılaşmada start heyətində meydana çıxıb və matçın sonuna qədər mübarizə aparıb.

Görüşdə “Frayburq” 2:0 hesabı ilə qalib gəlib.

Hazırda turnir cədvəlində “Frayburq” 26 xalla 6-cı pillədə qərarlaşıb, “Hamburq” isə 10 xalla 12-ci sıradadır. Liderlik mövqeyini isə 43 xalla “Bavariya” tutur.

Qeyd edək ki, Nigar Mirzəliyeva yanvarın 24-də “Hamburq”la 2,5 illik müqavilə imzalayıb.

İdman.Biz