“Atletiko Madrid” ABŞ-dən gənc yarımmüdafiəçini transfer edir

2 Fevral 2026 01:27
102
“Atletiko Madrid” ABŞ-dən gənc yarımmüdafiəçini transfer edir

İspaniyanın “Atletiko Madrid” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi ABŞ-nin “Sietl Saunders” klubunda çıxış edən 20 yaşlı yarımmüdafiəçi Obed Varqası transfer edib.

Tərəflər arasında bütün şərtlər şifahi şəkildə razılaşdırılıb və futbolçunun yaxın 24 saat ərzində Madridə yollanacağı bildirilir.

Klub rəhbərliyi futbolçunun dərhal əsas komandada qalması və ya icarəyə göndərilməsi ilə bağlı yekun qərarı Varqasın gəlişindən sonra verəcək. Razılaşmada MLS təmsilçisi üçün yüksək faizli növbəti satış maddəsinin də yer aldığı qeyd olunur.

İdman.Biz