“Çelsi” futbol klubu Fransanın “Nant” komandasına 18 yaşlı mərkəz müdafiəçisi Tilel Tati üçün qeyri-rəsmi təklif göndərib.
İdman.Biz “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi gənc futbolçuya görə 30 milyon avro (60 milyon AZN) ödəməyə hazır olub.
“Nant” bu təklifə mənfi cavab verib. Mənbənin məlumatına görə, transfer baş tutacağı təqdirdə “Çelsi” Tatini yenidən icarə əsasında “Nant”da saxlamağı planlaşdırırdı.
Bununla belə, qış transfer pəncərəsinin fevralın 2-də bağlanacağı nəzərə alınaraq, hazırkı mərhələdə bu keçidin reallaşma ehtimalının aşağı olduğu bildirilir.
Cari mövsümdə Tilel Tati bütün turnirlər üzrə 19 matçda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb. Müdafiəçinin “Nant”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, onun bazar dəyəri 12 milyon avro (24 milyon AZN) təşkil edir.
